Bakıda it 3 yaşlı qızın qulağını dişləyərək qoparıb

Bakıda it 3 yaşlı qızın qulağını dişləyərək qoparıb
08:57 8 May 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 3 yaşlı uşağın qulağını it dişləyərək qoparıb

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Binəqədi rayonunda, Binəqədi qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Binəqədi qəsəbəsinə qonaqlıq məclisinə gedən ailə azyaşlı övladı, 2014-cü il təvəllüdlü Babayeva Fəridə Fərid qızını həyətdə nəzarətsiz qoyub. Bu zaman həyətdəki it F. Babayevanın qulağını dişləyərək qoparıb.

Azyaşlı təcili xəstəxanaya çatdırılıb və reanimasiyaya yerləşdirilib. F.Babayevanın vəziyyəti orta-ağır qiymətləndirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/542589.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR