“İşte benim stilim”in məşhur iştirakçısından Murad Boz etirafı! - FOTOLAR

“İşte benim stilim”in məşhur iştirakçısından Murad Boz etirafı! - FOTOLAR
09:48 8 May 2017
128 Şou
Ölkə mətbuatı
A- A+

Gecə klubundan çıxarkən Murad Bozla görüntülənən “İşte benim stilim”in məşhur bacıları Bahar və Nihal Candan həqiqəti etiraf edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bahar Candan səhərə qədər “3 adam” verilişinin aparıcısı Eser Yenenin evində əyləndiklərini bildirib. Onun sözlərinə görə, orada böyük bir qrupla əyləniblər. Lakin o, Murad Bozla görüşdüyü iddialarını təkzib etməyib.

“Kanal D” həftəlik maqazın verilişinin aparıcısı Asena Atalay görüşün səs yazısının olmasına və Bahar Candanın icazə verdiyinə baxmayaraq efir prinsipləri əsasında onu yayımlamayacaqlarını bildirib.

Murad Boz haqqında çıxan xəbərlərdən sonra Aslı Enverin ondan ayrıldığı irəli sürülüb.

Qeyd edək ki, Eser Yenen dostu İbrahim Büyükakıla dünən Nihal və Bahar Candan bacıları ilə yenidən görüşüb. Kameraları görən tv ulduzlarının gərgin anlar yaşadığı diqqətdən qaçmayıb.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/197931.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR