Oynaqlarınız ağrıyır?

Oynaq ağrılarından şikayətçisiniz?

Metbuat.az xəbər verir ki, bu ağrılardan təbii üsullarla xilas ola bilərsiniz. Təqdim edəcəyimiz bu qarışıq C vitamini, maqnezium baxımından zəngindir və sadəcə ağrıyan diz və oynaqları sakitləşdirməklə qalmır, eyni zamanda vətər və bağları da gücləndirir.

Qarışığı hazırlamaq üçün 1 stəkan su, bir stəkan yulaf əzməsi, 2 stəkan kub formada doğranmış ananas, bir çay qaşığı darçın, yarım stəkan əzilmiş badəm, biraz bala ehtiyacınız var.

Yulaf əzməsini tavaya qoyun və bir neçə dəqiqə bişirin. Soyumasını gözləyin və blenderdən keçirin. Bir qaba yulaf əzməsini, anans, badəm, darçın və portağal suyu biraz bal əlavə edib, su ilə qarışdırın. Qarışığı gündəlik olaraq hazırlayın və gün boyunca 2-3 stəkan için. Bütün şikayətlərinizdən bir həftə ərzində xilas olacaqsınız.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR