Gəncədə gənc oğlanı döyüb kanala atıblar

Gəncədə gənc oğlanı döyüb kanala atıblar
09:57 8 May 2017
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə. 8 may. REPORT.AZ/ Gəncə şəhərində 29 yaşlı gənci döyüb sonra kanala atıblar.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında baş verib. 
Beləki, şəhər sakini, 1988-ci il təvəllüdlü Şahin İntiqam oğlu Eynullayev naməlum şəxslər tərəfindən döyülərək kanala atılıb. 
Müxtəlif dərəcəli bədən xəsarətləri alan Ş.Eynullayev Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/gencede-genc-oglani-doyub-kanala-atiblar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR