Ordu döyüşə hazır vəziyyətə gətirildi - Müharibə hər an başlaya bilər

Ordu döyüşə hazır vəziyyətə gətirildi - Müharibə hər an başlaya bilər
10:03 8 May 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

Cənubi Koreya ordunu döyüşə hazır vəziyyətə gətirib. Bu addım Koreya Xalq Demokratik Respublikası tərəfindən gələ biləcək gözlənilməyən provokasiyalara qarşı önləm olaraq atılıb.

Publika.az xəbər verir ki, bu barədə Milli Müdafiəsinin Nazirliyinin rəsmi nümayəndəsi Mun San Qyun məlumat verib.

Onun sözlərinə görə, Cənubi Koreyanın silahlı qüvvələri keçirilən prezident seçkilərinə görə gücləndirilmiş döyüş hazırlığı vəziyyətinə gətirilib.

O qeyd edib ki, bu dövrdə Pxenyan ballistik raketin və ya nüvə silahının sınaq uçuşlarını keçirə bilər.

Xatırladaq ki, Cənubi Koreyanın sabiq prezidenti Kın Xe Qal martda öz postunu təhvil verib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197932.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR