Azərbaycan millisinin futbolçusu yenidən "Bursaspor"un əsas komandasından kənarlaşdırılıb

Azərbaycan millisinin futbolçusu yenidən "Bursaspor"un əsas komandasından kənarlaşdırılıb
10:37 8 May 2017
59 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 8 may. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Deniz Yılmaz yenidən Türkiyənin "Bursaspor" klubunun əsas komandasından kənarlaşdırılıb.
"Report"un məlumatına görə, bu barədə baş məşqçi Adnan Örnekin müraciəti əsasında klub rəhbərliyi qərar verib. 29 yaşlı hücumçu "Çaykur Rizespor"la Türkiyə Super Liqası matçına aparılmayıb. Səbəb kimi təcrübəli forvardın nizam-intizamı pozması göstərilib. Görüş isə "Çaykur Rizəspor"un böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:0.
Qeyd edək ki, Deniz Yılmaz ilk dəfə fevralın 18-də oyun zamanı rəqib futbolçunu bilərəkdən vuraraq, qırmızı vərəqə aldığı və komandasını çətin vəziyyətdə qoyduğu üçün əsas komandadan kənarlaşdırılıb. Lakin o, 5 gün sonra bağışlanılaraq, heyətə qaytarılıb. Yılmazın "Bursaspor"la hazırkı müqaviləsi 2019-cu ilin iyununda başa çatacaq. Hücumçu bu mövsüm 21 oyunun 11-də meydana əsas heyətdə çıxıb, Türkiyə Kuboku da daxil olmaqla, 5 qol vurub, 3 sarı, 1 qırmızı vərəqə alıb.  

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-millisinin-futbolcusu-yeniden-bursaspor-un-esas-komandasindan-kenarlasdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR