Makronun xanımı: "Mən maaş almayacağam" - FOTO

Makronun xanımı: "Mən maaş almayacağam" - FOTO
10:37 8 May 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Fransada keçirilmiş prezident seçkilərində qalib gəlmiş 39 yaşlı Emmanuel Makronun xanımı, 64 yaşlı Bricit Mari-Klod Tornye təhsil sahəsində köklü istahatlara başlamaq niyyətindədir.

Milli.Az Liberation-a istinadən bildirir ki, 3 övladı və 8 nəvəsi olan birinci ledi fəaliyyətinə görə dövlət büdcəsindən maaş almayacaq.

"Mən Fransa prezidentinin yox, Emmanuelin xanımı olmuşam və indi də beləyəm. Emmanuelin prezident seçilməsi, təbii ki, həyatımızda ciddi dəyişikliklərə səbəb olacaq. Onların arasında ən ciddi olanların biri də bütün qohumlarımızla münasibətlərdə daha məsafəli olacağımızdır. Nə Emmanuelin, nə də mənim dostlarımdan, tanışlarımdan, qohumlarımdan kimsə adımızdan istifadə etməyib və edə də bilməz. Fransa, dövlət və millət üçün görəcəyim işlər üçün də maaş, yaxud büdcədən hansısa ödənişlər almaq niyyətində deyiləm", - 64 yaşlı madam Bricit deyib.

Onun əri E.Makronun formalaşdıracağı yeni hökumətdə aktiv rol oynayacağı gözlənilir.

"Bricitin əsas maraq dairəsi təhsil sahəsidir. O, autistzm xəstəsi olan, habelə yoxsul ailələrdə böyüyən uşaqların təlim-tərbiyəsinə xüsusi diqqət yetirəcək", - Emmanuel Makronla xanımı Bricit barədə bioqrafik kitabın müəllifi Kendis Nedelek deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/542593.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR