Si Cinpin Makronu təbrik etdi

Si Cinpin Makronu təbrik etdi
10:38 8 May 2017
67 Dünya
Ölkə mətbuatı
A- A+

Çin Xalq Respublikasının sədri seçkilərdə qalib gələn "İrəli" hərəkatının qurucusu Emmanuel Makronu təbrik edib. O, iki ölkə rasındakı münasibətlərin inkişaf etdirilməsinə dair təkliflər irəli sürüb.

Publika.az xəbər verir ki, Çin Xalq Respublikasının sədri Si Cinpinin Emmanuel Makrona göndərdiyi təbrik teleqramında deyilir: "Çin ilə Fransa arasındakı münasibətlərin sağlam və sabit inkişafının qorunub saxlanması, yalnız iki ölkə əhalisi üçün deyil, eləcə də, bütün dünya xalqları üçün çox əlverişli şanslar yaradacaq".

Çin Xalq Respublikasının sədri yerli mətbuatda çıxışı zamanı qeyd edib ki, Çin, öz növbəsində Fransa ilə strateji əməkdaşlığı daha da möhkəmləndirərək irəli çəkməyə hazırdır.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197936.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR