Cəbhə bölgəsində 35 kv-luq 4 yarımstansiya yenidən qurulub

Cəbhə bölgəsində 35 kv-luq 4 yarımstansiya yenidən qurulub
10:43 8 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (ASC) abonentlərin fasiləsiz, keyfiyyətli elekrtik enerjisi ilə təchiz edilməsi üçün ardıcıl yenidənqurma, təmir və bərpa işləri aparır.

Trend-in məlumatına görə, bunu "Azərbaycan" qəzetinə müsahibəsində "Azərişıq" ASC-nin rəhbəri Baba Rzayev deyib.

Qurum rəhbəri bildirib ki, bu müddət ərzində 16 ədəd 110 kV-luq, 60 ədəd 35 kV-luq yarım-stansiyanın tikintisi və avadanlıqlarla təmin edilib: "Regionlar üzrə 2500 ədəd Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb. Paytaxt Bakı və Bakı-ətrafı ərazi üzrə kifayət qədər irimiqyaslı işlər görülüb. Yasamal və Buzovnada ("Yasamal-1", "Buzovna-2") 110/35/10 kV-luq 2 ədəd yarımstansiya tikilərək yenidən qurulub. Eyni zamanda, Nərimanovda 3, Nəsimidə 2, Səbaildə 1, Xətaidə 1, Binəqədidə 1, Xırdalanda 4, Maştağada 1, Sarıqayada 1, Fatmayi-də 1 ədəd 35 kV-luq yarımstansiya tikinti və yenidənqurmadan sonra istismara verilib. "Azərişıq" ASC yarandıqdan sonra Bakı və Bakıətrafı ərazilərdə 17 ədəd yarımstansiya tikilərək yenidən qurulub".

B.Rzayev bildirib ki, bu müddət ərzində bölgələrdə də ciddi işlər görülüb: "Azərişıq" ASC-nin Şimal RETSİ-nə aid olan Şabran rayonunda 110/10 kV-luq "Rəhimli" yarımstansiyasında tikinti-yenidənqurma işləri başa çatıb. Bundan başqa, Sumqayıtda 3, Xaçmazda 2, Qubada 5, Şabranda 1 ədəd 35 kV-luq yarımstansiya tikilərək yenidənqurmadan sonra istismara verilib. Olkənin şimal-qərb bölgəsində yerləşən Zaqatala rayonunda "Bəhmədli", Şəki rayonunda isə "Cəfərabad" və "Göynük" adlı 3 ədəd 110/35/10 kV-luq yarımstansiyalar tikilib və yenidən qurulub. Bununla paralel olaraq Zaqatalada 1, Şəkidə 1, Qəbələdə 1 ədəd 35 kV-luq yarımstansiya istifadəyə verilib. Qərb bölgəsində də master plana uyğun olaraq işlər görülüb. Qazax rayonunda "Daş Salahlı", Samux rayonunda "Yenikənd", Gədəbəy rayonunda isə "Gədəbəy" adlanan yarımstansiyalar tikilərək yenidən qurulub. Bununla yanaşı, Gəncədə, Göygöldə, Samuxda, Gədəbəydə, Qazaxda, Ağstafada hərəsində bir, Daşkəsəndə isə 3 ədəd 35 kV-luq yarımstansiyada tikinti və yenidənqurma işləri başa çatıb. Olkənin cənub bölgəsində Masallıda "Boradigah", Lənkəranda "Lənkəran-1" adlanan 110/35/10 kV-luq yarımstansiyalarda tikinti və yenidənqurma işləri yekunlaşıb. Paralel olaraq 35 kV-luq yarımstansiyalar üzrə Lənkəran, Cəlilabad, Hacıqabul, Salyan, Neftçala, Lerik, Astara rayonlarının hər birində bir ədəd 35 kV-luq yarımstansiya tikilərək təhvil verilib. Olkənin mərkəz hissəsində də kifayət qədər işlər həyata keçirilib. Ağsu və Saatlı rayonlarının hər birində 110/35/10 kV-luq "Ağsu" və "Sarıcalar" yarımstansiyaları ən yüksək formada tikilərək yenidən qurulub. Bununla yanaşı, Mingəçevir, Bərdə, Ucar, Ağdaş, İmişli, Ağcabədi, Zərdab, Sabirabad rayonlarının hər birində 35 kV-luq yarımstansiyalar tukilərək yenidənqurmadan sonra istismara verilib. Görülən işlər seriyasında cəbhə bölgəsinin də xüsusi yeri var. Təmas xəttinə yaxın Goranboy rayonunda 110/35/10 kV-luq "Kürək-çay" yarımstansiyası tikilərək yenidənqurmadan sonra istifadəyə verilib. Həmçinin Tərtər, Ağdam, Beyləqan rayonlarının hər birində 35 kV-luq yarımstansiyalar tikilərək yenidən qurulub".

"Azərişıq" sədri bildirib ki, rəhbərlik etdiyi qurum yarandıqdan sonra 101 km 110 kV-luq, 862 km 35 kV-luq, 7000 km 10-6-04 kV-luq hava xətti çəkilib, onlara uyğun olaraq ümumilikdə 227500 yeni dayaq basdırılıb: "Ümumilikdə 19400 km ÖİN xətti çəkilib, ona uyğun 494000 ədəd yeni dayaq quraşdırılıb. Hazırda Goranboyda "Dəliməmmədli", Gəncədə "Yeni Gəncə", Qaxda "Qax", Neftçalada "Neftçala", Salyanda "Qaraqaşlı" adlı 4 ədəd 110 kV-luq yarımstansiyada tikinti və yenidənqurma işləri aparılır. Görülən tədbirlər nəticəsində şəbəkə üzrə texniki itkilərin səviyyəsi azaldılaraq 9 faizə endirilib, ifrat yüklənmə halları tamamilə aradan qaldırılıb.

Paylayıcı şəbəkə üzrə aparılan yenidənqurma işlərinin, xüsusən də 0,4 kV-luq elektrik şəbəkələrinin özünüdaşıyan izolyasiyalı naqillərlə qurulmasının, elektrik enerjisi uçotunun aparılmasında müasir texnologiyaların, yeni inşa edilmiş yarımstansiyaların məsafədən idarə olunması üçün "SCADA" sisteminin və yarımstansiyalarda müasir rele mühafizəsi və avtomatika qurğularının tətbiqinin nəticəsidir ki, "Azərişıq" ASC-nin fəaliyyəti bərpa edilənədək istehlakçıların enerji təchizatında uzunmüddətli fasilələrlə müşayiət olunan qəza açılmalarının sayı minimuma enib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2751234.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR