TRACECA nəqliyyat dəhlizinin Azərbaycan seqmentində yükdaşımalar 11 % artıb

TRACECA nəqliyyat dəhlizinin Azərbaycan seqmentində yükdaşımalar 11 % artıb
10:52 8 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 8 may. REPORT.AZ/ Bu ilin I rübündə Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 13 163,1 min ton, yük dövriyyəsi isə 2 744,5 mln. ton-km olub. 
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yüklərin 7 764,8 min tonu və ya 59,0%-i avtomobil nəqliyyatı, 3 653,0 min tonu və ya 27,7%-i dəmir yolu nəqliyyatı, 1 745,3 min tonu və ya 13,3%-i dəniz nəqliyyatı ilə daşınıb.
2016-cı ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 11,2% artım müşahidə edilib. 
Yüklərin 20,7%-ni və ya 2723,9 min tonunu tranzit yüklər təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/traceca-neqliyyat-dehlizinin-azerbaycan-seqmentinde-yukdasimalar-11-artib-111

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR