Moskvanın keçmiş meri Yuri Lujkov həyat yoldaşı ilə birgə Gürcüstandadır

Moskvanın keçmiş meri Yuri Lujkov həyat yoldaşı ilə birgə Gürcüstandadır
10:52 8 May 2017
65 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 8 may. REPORT.AZ/ Moskvanın keçmiş meri Yuri Lujkov həyat yoldaşı Yelena Baturina ilə birgə Gürcüstandadır.
"Report" "Rustavi 2" teleşirkətinə istinadən xəbər verir ki, dünən onlar patriarxiyada olublar, ardından Kanda kəndindəki monastırda dini ayin yerinə yetiriblər.
Xatırladaq ki, Lujkov dəfələrlə Gürcüstan hökumətinin ünvanına Abxaziyanın və qondarma Cənubi Osetiyanın müstəqilliyinin tanınmasıyla bağlı bəyanatlar səsləndirib. 20 iyul 2006-cı il tarixində Gürcüstan XİN Moskva meri Yuri Lujkovun Tbilisi ilə razılaşdırılmadan Abxaziyaya səfər etməsi ilə bağlı Rusiya tərəfinə etiraz notası təqdim edib.
Gürcüstanın işğal olunmuş ərazilər barədə qanununa əsasən, Lujkov elə Tbilisi Beynəlxalq hava limanında həbs edilməli və ya cərimələnməli idi.

Xəbərin orijinal ünvanı: https://report.az/region/moskvanin-kecmis-meri-yuri-lujkov-heyat-yoldasi-ile-birge-gurcustandadir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR