Təhsil Nazirliyi: Növbəti diaqnostik qiymətləndirmədə 12 mindən çox müəllim iştirak edəcək

Təhsil Nazirliyi: Növbəti diaqnostik qiymətləndirmədə 12 mindən çox müəllim iştirak edəcək
10:52 8 May 2017
200 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 8 may. REPORT.AZ/ Qax Olimpiya İdman Kompleksində növbəti diaqnostik qiymətləndirmə keçiriləcək. 
Təhsil Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qiymətləndirmədə 12 mindən çox müəllim iştirak edəcək. 
Nazirlikdən bildirilib ki, 5 gün ərzində Qax, Qəbələ, Şəki, Zaqatala, Balakən, Oğuz, həmçinin bu rayonlarda yerləşən Ağdam, Laçın, Kəlbəcər və Xocalı rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərinin diaqnostik qiymətləndirilməsi aparılacaq. Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qatılacaq.
Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla “Şəxsi səhifə” bölməsindən imtahanların keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilərlər. Eyni zamanda həmin səhifə vasitəsilə məlumatların dürüstlüyünü yoxlamaq mümkündür. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət edilə bilər.
Qeyd edək ki, mayın 4-dən 6-dək keçirilən diaqnostik qiymətləndirmədə Ağstafa, Tovuz və Qazax rayonlarının ümumi təhsil müəssisələrində çalışan 6 min nəfərə yaxın müəllim iştirak edib.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/tehsil-nazirliyi-12-minden-cox-muellim-diaqnostik-qiymetlendirmeden-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR