Arıqlamaq istəyənlər, bu qarışıqdan için

Aloe vera bitkisini "ev həkimi" adlandırırlar. Aloe bitkisi müxtəlif xəstəliklər zamanı istifadə olunur.

Metbuat.az xəbər verir ki, aloe bağırsaq problemləri, ağızda əmələ gələn xəstəliklər, dəri xəstəlikləri, qəbizlik, kəpək, sızanaqla mübarizədə olduqca təsirli dərmandır.

Həmçinin, bitkidən arıqlamaq məqsədi ilə istifadə olunur. Limon ilə qarışdırıldığında detoks (bədəni toksinlərdən təmizləmək) effekti yaradır. Təqdim edəcəyimiz məhsullarla arıqladıcı meyvə suyu hazırlaya bilərsiniz:

1 orta boy aloe yarpağı (tikanları alınmış şəkildə)

1 şorba qaşığı bal

1 limonun suyu

Bütün məhsulları qarışdırıb, süzün. Səhərlər ac qarına bu qarışıqdan için. Daha təsirli nəticələr almaq üçün sağlam qidalanın və həftədə ən azı 3 dəfə idman edin.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR