Dəmir yolu təsərrüfatlarına yaz baxışı keçiriləcək

Dəmir yolu təsərrüfatlarına yaz baxışı keçiriləcək
11:22 8 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Mayın 10-dan etibarən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təsərrüfatlarına yaz baxışı başlayacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, baxış zamanı təsərrüfatların, tikililərin və qurğuların saxlanma vəziyyəti, eyni zamanda stansiyalarda, müəssisələrdə, təşkilatlarda hərəkətin təhlükəsizliyinin təmin olunması, ətraf mühitin qorunması və texniki təhlükəsizlik qaydalarına riayət olunması yoxlanılacaq.

Yaz baxışı Böyük Kəsik stansiyasından başlayaraq, sonrakı hərəkət xətti Böyük Kəsik-Hacıqabul, Horadiz-Osmanlı, Astara-Şirvan, Ələt-Biləcəri, Yalama-Sumqayıt, Abşeron sahəsi, Biləcəri, Bakı-sərnişin, Bakı-yük, Keşlə, H.Z.Tağıyev–çeşidləmə, Güzdək, Xırdalan stansiyaları və dəmir yolunun bütün qolları olmaqla sahə və istiqamətlər üzrə davam edəcək.

Qeyd edək ki, dəmir yolunun təsərrüfatlarına yaz baxışı 10 gün davam edəcək.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2751268.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR