İngilis qəzeti şok xəbər yaydı

İngiltərənin "The Times" qəzeti İraq kürdlərinin referenduma hazırlaşdığını yazıb.

Metbuat.az xəbər verir ki, İraq Kürd Muxtar Bölgəsinin rəhbəri Məsud Bərzani Kürdüstanın müstəqillik əldə etməyə haqqının olduğunu deyib.

“Bu hədəfimizi gizlətmirik. İraq onsuz da davam edən münaqişələr nəticəsində bölünüb. Biz əslində ölkənin bu vəziyyətdə olmağını istəmərik. Kürdlər bu böhranın aradan qaldırılmasında və münaqişənin sülh yolu ilə həllində iştiraka hazırdır. Müstəqillik qərarını mən yox, xalq verəcək. Referendum bir neçə ay içərisində keçiriləcək”.

Bərzaninin nümayəndəsi Hemin Havrami məsələnin ABŞ dövlət başçısının köməkçisi ilə, eyni zamanda Britaniya XİN-i ilə müzakirə edildiyini bildirib. Referendumunun iyulda keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, ötən ay Kərkükdəki bəzi binalarda kürd bayraqlarının asılması Bağdad höküməti, İran və Türkiyənin diqqətini çəkərək, narazılığa səbəb olmuşdu.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verərək, Kərkükdə referendum keçirilməsinə ağır bir cavablarının olacağını bildirmişdi.

“Kərkükdə kürd bayraqları asanlar anlamalıdır ki, onlar bu yolla bölücülük edirlər. Bölgədəki kürdlərə səslənirəm, atacağınız addım yanlışdır. Qısa zamanda bu addımı dayandırın”.

İraqda Səddam Hüseyn rejimini devirən ABŞ işğalından sonra 2005-ci ildə qəbul edilən Konstitusiyaya görə, Kərkük və digər mübahisəli ərazilərin taleyi 31 dekabr 2017-ci ilə qədər keçiriləcək referendumda həll olunmalı idi. Lakin 10 ildən çox müddət keçməsinə baxmayaraq, referendum hələ də keçirilməyib.

İraq Konstitusiyasının 140-cı maddəsi Kərkükü bir bölgəyə bağlı olmayan vilayət olaraq tanıyır.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR