Azərbaycandakı investisiya şirkətlərinin dövriyyələrinin həcminə görə 4 aylıq renkinqi açıqlanıb

Azərbaycandakı investisiya şirkətlərinin dövriyyələrinin həcminə görə 4 aylıq renkinqi açıqlanıb
11:32 8 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 8 may. REPORT.AZ/ Bakı Fond Birjası (BFB) bu ilin yanvar-aprel aylarında dövlət və korporativ qiymətli kağızlar bazarı sektorunda göstərilmiş xidmətlərin həcminə görə investisiya şirkətlərinin renkinqini açıqlayıb.
"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 1 847 163 512 manatlıq göstəricisi ilə "Unicapital İnvestisiya Şirkəti" ASC başçılıq edir. Növbəti yerlərdə 638 665 256 manatla "İnvest-Az İnvestisiya Şirkəti" QSC , 612 172 205 manatla “Paşa Kapital İnvestisiya Şirkəti” QSC, 393 994 688 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 90 504 381 manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC. 36 577 459 manatla isə "Kapital Menecment İnvestisiya Şirkəti" ASC qərarlaşıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycandaki-investisiya-sirketlerinin-dovriyyelerinin-hecmine-gore-4-ayliq-renkinqi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR