Millimizin oyunçusu qovuldu

Millimizin oyunçusu qovuldu
11:32 8 May 2017
55 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz klubu "Bursaspor"da növbəti dəfə komandadan uzaqlaşdırılıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, buna səbəb 29 yaşlı futbolçunun qeyri-stabil çıxışı göstərilib.

Superliqanın XXX turunda "Çaykur Rizəspor"a böyük hesabla (0:6) məğlub olan "ağ-yaşıllar"da Dəniz "18-liy"ə daxil edilməmişdi. Məlum olub ki, baş məşqçi Adnan Örnəkin raportu əsasında oyunçu qeyri-müəyyən müddətə komandadan qovulub.
 
Bununla Yılmaz cari mövsümdə ikinci dəfə eyni aqibətlə izləşir. Bir müddət əvvəl Sərcan Yıldırımla birlikdə heyətdən kənarlaşdırılan hücumçu 5 gündən sonra bağışlanılmışdı.
 
Qeyd edək ki, bu mövsüm ümumilikdə keçirdiyi 21 matçda 5 qola imza atan Dəniz Yılmazın "Bursaspor"la müqavilə müddəti 2019-cu ilin yayına qədərdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/542652.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR