Gənclər arasında sağlam həyat tərzi təbliğ olunur

Gənclər arasında sağlam həyat tərzi təbliğ olunur
11:44 8 May 2017
35 Digər
Ölkə mətbuatı
A- A+

 

Mayın 6-da  “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sağlam düşüncə, sağlam həyat tərzi” layihəsi çərçivəsində növbəti tədbir keçirib.

 

Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəbində keçirilən tədbirdə şagirdlərə sağlam həyat tərzi və insan sağlamlığı üçün zərərli qidalar barədə geniş məlumat verilib. “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov bildirib ki, bu gün Azərbaycanda ofislərdə, təhsil ocaqlarında, istirahət və əyləncə mərkəzlərində, restoranlarda, parklarda süni qidalar - "fast-food" məhsullarının ticarəti sürətlə artmaqdadır. Tez hazırlanan yeməklərə hələ Qədim Romada rast gəlinib. Belə qidaları əlüstü, ayaqüstü yeməklər və ya müasir dillə desək, “fast-food” adlandırırlar. “Fast-food” termininə ilk dəfə 1951-ci ildə Merriam Vebsterin lüğətində rast gəlinib. 1920-ci ildə isə Amerikada əlüstü yeməklərin biznesinə başlanılıb. 1921-ci ildə Kanzas ştatında "White Castle" kompaniyası hamburger satışı ilə məşğul olub.1940-cı ildə isə bu kompaniyaya ən böyük  rəqib olan McDonalds  yaradılıb. Hazırda fast-food məhsullarının ticarəti ilə məşğul olan ən böyük şirkətin dünyanın 119 ölkəsində 30 000-dən çox restoranı fəaliyyət göstərir. Son dövrlərdə isə Amerikada, eləcə də digər inkişaf etmiş ölkələrdə sağlamlıq üçün zərərli olduğuna görə  “Mc.Donalds”  şəbəkələrinin qidalarını boykot etmək" aksiyaları keçirilir.

 

Ekspert Camal Bərxudarov deyib ki, fast-food restoranlarında yeyilən qidaların tərkibində A, C vitaminləri və kalsium olduqca azdır. İnsan orqanizminin sağlam olması üçün gündəlik bu vitaminlərin qəbul edilməsi əsas şərtlərdən biridir. Belə vitaminlərin az qəbul edilməsi katarakt, ürək, eləcə də digər xroniki xəstəliklərə tutulma ehtimalını artırır. Bol yağda qızartma üsulu fast-food restoranlarında tez-tez istifadə edilir. Həmin yağlarda məhsul bir, iki kərə deyil, dəfələrlə bişirilir. Bu yağların tərkibi 10-12 saatdan sonra dəyişir. Qızartma zamanı yağdakı E vitamini və zülallar yanır, təhlükəli birləşmələrə çevrilir. Yağda qızardılmış qidalardan tez-tez istifadə etdikdə isə həzm orqanları xərçəng xəstəliyinə asanlıqla tutula bilər. Ramiz Cürənov qeyd edib ki, heyvan və ya transgen mənşəli yağlarda qızardılmış məhsulların, eləcə də süni qidaların tərkibində vitaminlərin, enerjinin və karbohidratların dəyəri qeyri-sabit olur.  Belə qidaları mütəmadi qəbul edən uşaqlarda həzm sistemi xəstəlikləri, sümük boşluğu daha çox özünü göstərir. Fast-food məhsullarından tez-tez istifadə edən uşaqlarda yaddaş zəifliyi və qavrama qabiliyyəti aşağı səviyyədə olur. Onlar yetkinlik dövründə “kökəlmə bəlası”na düçar olurlar.  Uşaqlar çox yedikləri üçün deyil, zərəli qidalar yedikləri üçün xəstələnirlər. Amerikada gənclərin 61 faizinin köklüyünün səbəbi fast-food məhsullarıdır. Ayaqüstü bəslənmədə yeməklərə uzun müddət və tamlı qalmaq üçün kimyəvi rəng və dadvericilər, antibakterial kimi qatışıq maddələr vurulur. Belə qatışıqlardan yerində və normasında istifadə edilməməsi xərçəng xəstəliyinə tutulma riski yaradır.  Mütəxəssislər süni qidaların uşaqlarda vurduğu zərəri aydınlaşdırmaq üçün dəfələrlə test keçiriblər. Körpələrin aqressiv, əsəbi olmasında əsas səbəbkarın süni qidalar olduğu üzə çıxıb. Həmin qidaların tərkibindəki kimyəvi və fiziki dəyişikliyə uğramış qatışıq maddələr bədənin müqavimətini zəiflədir, uşaqların əsəbi, təcavüzkar ruhda böyüməsinə səbəb olur.

 

Daha sonra şagirdlərin mövzu ilə əlaqədar sualları cavablandırılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274104

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR