Vüsal Qasımlı: "Azərbaycanda bank sektoru daha da sabitləşdiriləcək"

Vüsal Qasımlı: "Azərbaycanda bank sektoru daha da sabitləşdiriləcək"
11:47 8 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 8 may. REPORT.AZ/ Gələcəkdə Azərbaycanın bank sektorunda vəziyyət daha da sabitləşdiriləcək. 
Bunu "Report"a açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib.
"Azərbaycanda maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi fəaliyyət göstərir. Bu xəritədə Azərbaycanın maliyyə sektoru, o cümlədən bank sektoru ilə bağlı prioritetlər müəyyənləşdirilib. Düşünürəm ki, sənədə uyğun olaraq Azərbaycanın bank sektorunun inkişafı təmin olunacaq, bu sahədə vəziyyət daha da sabitləşdiriləcək. Bankların bütün istiqamətlərdə, risk menecmentindən tutmuş toksik aktivlərin idarə edilməsinə qədər fəaliyyəti yüksək səviyyədə təmin ediləcək",- deyə İİTKM rəhbəri qeyd edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/vusal-qasimli-azerbaycanda-bank-sektoru-daha-da-sabitlesdirilecek-01010101

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR