Qətər IV İslam Həmrəyliyi Oyunlarında 75 idmançı ilə təmsil olunacaq

Qətər IV İslam Həmrəyliyi Oyunlarında 75 idmançı ilə təmsil olunacaq
11:52 8 May 2017
57 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 8 may. REPORT.AZ/ Qətər Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında 75 idmançı ilə təmsil olunacaq. “Report”un məlumatına görə, bu barədə nümayəndə heyətinin rəhbəri Məhəmməd Səid Əl Misnad “The Peninsula” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, heyətdə ümumilikdə 125 nəfər yer alacaq. Qətər idmançılarının 15 idman növündə mübarizə aparacaqlarını deyən funksioner, İslamiadaya yüksək əhval-ruhiyyə ilə hazırlaşdıqlarını qeyd edib: “Əhvalımız çox yaxşıdır. İdmançılarımız yarışlara ciddi hazırlaşıblar. İslam Həmrəyliyi Oyunları bizim üçün böyük önəm kəsb edir. Çünki gələcəyə baxırıq. Bakıda yarışacaq idmançılarımız beynəlxaq təcrübə qazanmış olacaqlar. Həmçinin, öz idmançılarımızı gözdən keçirmiş olacağıq”.
M.S.Əl Misnad bildirib ki, Bakıda mübarizə aparacaq idmançıların əskəriyyəti 2016-ci il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının iştirakçılarıdır. O, İslamiadanın "Tokio-2020" olimpiadasına hazırlıq baxımından da əhəmiyyətli olduğunu vurğulayıb.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda keçiriləcək. Lakin artıq bu gündən etibarən futbol yarışlarına start verilib.

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/qeter-iv-i-slam-hemreyliyi-oyunlarinda-75-idmanci-ile-temsil-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR