Azərbaycanda kabel şəbəkələri kimlərin mülkiyyətində ola bilər?

Azərbaycanda kabel şəbəkələri kimlərin mülkiyyətində ola bilər?
11:57 8 May 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda kabel şəbəkələrinin kimlərin mülkiyyətində ola biləcəyi müəyyənləşib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu, yeni hazırlanmış "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsinin 6-cı (Kabel şəbəkəsinin mülkiyyət hüququ) maddəsində təsbit olunur. 
 
Maddəyə görə, Azərbaycan ərazisində kabel şəbəkəsi ölkə ərazisində daimi yaşayan ölkə vətəndaşlarının və nizamnamə kapitalı Azərbaycanda daimi yaşayan ölkə vətəndaşlarına məxsus olan hüquqi şəxslərin, bələdiyyənin mülkiyyətində ola bilər. 
 
Maddədə o da bildirilir ki, yayımçıya qoyulan tələblər "Televiziya və radio yayımı haqqında" qanunla müəyyənləşəcək. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 16-da müzakirəyə çıxarılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/542643.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR