Fransanın yeni "Napoleon"u

Fransada keçirilən president seçkiləri Emmanuel Makraonun qələbəsi ilə yekunlaşıb. Makron 66,06% səslə rəqibi Le Peni keçərək prezidentlik kürsüsünə əyləşib.

Fransadakı seçkilərlə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili, siyasi elmlər doktoru, professor Elman Nəsirov bildirib ki, Makronun prezident seçilməsi gözlənilən idi:

“Seçki marafonunda əsas 8 namizəd var idi. Mübarizə onların arasında gedirdi. Birinci turdan iki nəfər keçə bildi. Onlardan biri Makron, o biri isə Le Pen idi. Le Pen bilirsiniz ki, radikal qüvvələrin təmsilçisidir. Daha çox neofaşist idealarını təbliğ edir. Birinci turda 6 namizəd seçkidən kənarlaşdırıldıqdan sonra seçkilərdə Makronu müdafiə edəcəklərini bəyan etdilər. Bütün seçicilərini isə Le Penin əleyhinə səs verməyə dəvət etdilər. İndiki nəticə gözlənilən idi.

Makron özünü beynəlxalq arənada göstərməyən siyasətçilərdəndir

Bu gün dünya siyasətində çox ciddi bir qlobal lider kəsiri var. Şarl De Qoll və Jak Şirakdan sonra fransızlar özləri Fransaya nəhəng şəxsiyyətlərin rəhbərlik etmədiklərini söyləyirlər. Bu nöqteyi nəzərdən, hələ Makron özünü beynəlxalq arənada göstərməyən siyasətçilərdəndir. Hər halda, onun prezidentlik müddətində atacağı addımlar haqqında daha yüksək düşünməyə gətirib çıxara bilər. Eyni zamanda, bu, Makronun xüsusi bir keyfiyyətə malik olmadığı reallığını da üzə çıxara bilər.

Makron xalqın etimadını qazanıb

Farnsanın bundan sonrakı siyasətinə gəldikdə, onun ekstravaqant addımlar atacağı, hamını təəccübləndirəcək siyasi gedişlər edəcəyini söyləmək çətindir. Makronun Farnsanın formalaşmış siyasi xəttinini davam etdirilməsi daha çox diqqəti cəlb edəcək. Eyni zamanda, Fransanın ABŞ ilə tərəfdaşlıq fonunda öz addımlarını atacağını proqnozlaşdırmaq mümkündür. Makron xalqın etimadını qazanıb. O, Şarl De Qollun “Böyük Fransa” ideyasını həyata keçirmək imkanlarına da malikdir. unu zaman göstərəcək”.

Qeyd edək ki, E.Makrona ümumilikdə 20,7 milyon seçici səs verib. Seçkilərdə seçicilərin 74,62 faizi iştirak edib. Onlardan 11,5 faizi seçki qutularına boş bülletenlər atıb.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR