Emmanuel Makron Fransa prezidenti kimi ilk səfərini Almaniyaya edəcək

Emmanuel Makron Fransa prezidenti kimi ilk səfərini Almaniyaya edəcək
12:07 8 May 2017
54 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 8 may REPORT.AZ/ Almaniya yenicə Fransa prezidenti seçilmiş Emmanuel Makronun səfər edəcəyi ilk ölkə olacaq.
"Report" TASS-a istinadən xəbər verir ki, bu məlumatı "CNews" telekanalının efirində avrodeputat və "Demokratik Hərəkat" partiyasının nümayəndəsi Silvi Qular da təsdiqləyib.
O, həmçinin Makronun Berlinə getməmişdən əvvəl Fransa qoşunlarının ölkə xaricində fəaliyyət göstərən bölmələrinə baş çəkə biləcəyini də əlavə edib. Qeyd edək ki, E.Makron seçki kampaniyası zamanı belə addımı istisna etməyib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/emmanuel-makron-fransa-prezidenti-kimi-ilk-seferini-almaniyaya-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR