Bu gün futbol matçları strat götürəcək

Bu gün Bakı-2017 IV İslam Oyunları çərçivəsində futbol yarışlarına start veriləcək.

Metbuat.az-ın məlumatına görə, bu gün səhər saatlarında ilk oyun "AZAL Arenada" A qrupuna daxil olan iki keçmiş qalib – Səudiyyə Ərəbistanı və Mərakeş komandaları arasında baş tutacaq. Diqqətlər isə Azərbaycan millisinin "Bayıl Arenada" Kamerun yığması ilə qarşılaşmasına yönələcək. Oyunda millimizin qələbə qazanma ehtimalı daha yüksək görünür.

Xatırladaq ki, oyun Bakı vaxtilə 18:30 -da başlayacaq.

Sərdar Məmmədov/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR