"Sarkisyan sözünün üstündə durmur" - Şuşanın icra başçısı

"Sarkisyan sözünün üstündə durmur" - Şuşanın icra başçısı
12:12 8 May 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümü günü münasibəti ilə "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin üzvləri, millət vəkilləri, Şuşa və Xankəndi ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, ziyarətçilər "Əbədi məşəl" kompleksi önünə əklil qoyub, şəhidlərin ruhuna dualar oxuyublar.

"Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov jurnalistlərə açıqlamasında bildirib ki, gec-tez Ermənistan ordusu tərəfindən işğal olunan torpaqlar azad olunacaq: "Biz hər gün Şuşaya qayıtmaq istəyirik. Bütün dünya birliyi və erməni havadarları bizim öz torpağımıza qayıtmağımıza əngəl törədib. Buna baxmayaraq, Azərbaycan xalqı, Azərbaycan əsgəri və Ali Baş Komandanımızın birliyi və iradəsi bizi işğal altındakı torpaqlarımıza aparacaq".

Dağlıq Qarabağın azərbaycanlı və erməni icması arasında mümkün təmaslar barədə danışan Bayram Səfərov bildirib ki, Azərbaycan icması hər zaman qarşı tərəflə görüşə hazırdır: 

"Azərbaycan icması haqq və ədalətin tərəfindədir. Bu gün Ermənistan prezidenti sözünün üstündə durmur, belə olan halda, icmalar da verdiyi sözə əməl etməyəcək. Odur ki, erməni ekstremistləri ilə görüşməyin mənası yoxdur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/542659.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR