Novxanıda avtobus qəzası: ölən var - YENİLƏNİB

Novxanıda avtobus qəzası: ölən var - YENİLƏNİB
12:14 8 May 2017
80 Digər
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi Abşeronda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, mayın 7-də saat 21 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Zəngilan rayon sakini Faiq Quliyev idarə etdiyi "Daevoo" markalı avtomobili qarşıda gedən Bakı şəhər sakini Ayaz Əfəndiyevin idarə etdiyi "BMW" markalı avtomobilə vurub və nəticədə F.Quliyev hadisə yerində ölüb.

 

Abşeron RPİ tərəfindən araşdırma aparılır. 

 

*****

 

10:10

 

Bakıda ağır yol qəzası baş verib. Lent.az xəbər verir ki, ötən gecə saat 9 radələrində Novxanı qəsəbəsində "Daewoo" markalı 90 TH 532 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə "BMW" markalı, 90 VS 007 nömrəli minik avtomobili toqquşub. Nəticədə minik avtomobilində olan 47 yaşlı kişi ağır bədən xəsarətləri alaraq ölüb.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274092

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR