“Heydər Əliyev irsi və İslam həmrəyliyi” mövzusunda keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb

“Heydər Əliyev irsi və İslam həmrəyliyi” mövzusunda keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb
12:22 8 May 2017
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 8 may. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən ümummilli lider Heydər Əliyevin 94 illiyi münasibətilə dini icmalar arasında “Heydər Əliyev irsi və İslam həmrəyliyi” mövzusunda elan edilən məqalə müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
“Report” xəbər verir ki, tədbirə DQİDK, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmi şəxsləri, dini icmaların rəhbərləri, üzvləri, eləcə də ziyalılar və gənclər qatılıblar.
DQİDK sədrinin birinci müavini Səyyad Salahlı Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtmasından sonra milli-dini dəyərlərin qorunması, xalqımızın dini əqidəsinin daha da möhkəmləndirilməsi, ölkədə vicdan azadlığının bərqərar edilməsi istiqamətində gördüyü işlərdən danışıb.
Onun sözlərinə görə, bəzi insanların doğulması bir xalqın qaranlıqdan, çətin vəziyyətdən çıxmasına xidmət edir: "Heydər Əliyev Azərbaycanda nəinki iqtisadi sahənin, eləcə də elmin, ədəbiyyatın, incəsənətin inkişafı üçün zəmin və şərait yaratdı. Artıq beşinci dəfədir ki, dindarlar arasında bu müsabiqə keçirilir. Müsabiqəyə ümumillikdə 43 yazı təqdim olunub və onların arasından birinci, ikinci və üçüncü yerlər olmaqla qaliblər seçilib". 
Qaliblərə və həvəsləndirici yer qazananlara mükafatlar təqdim olunub.    

Xəbərin orijinal ünvanı: https://report.az/din/heyder-eliyev-irsi-ve-i-slam-hemreyliyi-movzusunda-kecirilen-musabiqe

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR