"AzerGold" Gül Bayramı münasibəti ilə 10 hektar ərazini yaşıllaşdırıb (FOTO)

"AzerGold" Gül Bayramı münasibəti ilə 10 hektar ərazini yaşıllaşdırıb (FOTO)
12:22 8 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 10 may Gül Bayramı münasibəti ilə 10 hektar ərazini yaşıllaşdırıb.

QSC-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “AzerGold” QSC 10 may Gül Bayramı münasibəti ilə Daşkəsən rayonunda yerləşən Çovdar filiz emalı sahəsi ərazisində yaşıllaşdırma aksiyası keçirib. Cəmiyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Daşkəsən meşələrin mühafizəsi və bərpası müəssisəsinin dəstəyi ilə 10 hektar ərazidə ağac əkib.

Aksiyanın keçirilməsi üçün “AzerGold” QSC bir neçə müddət əvvəl Daşkəsən meşələrin mühafizəsi və bərpası müəssisəsinə müraciət edib. Müəssisə müraciətə müsbət yanaşıb, Cəmiyyəti təmənnasız müxtəlif cinsli ağaclarla təmin etməyə və kömək üçün əraziyə mütəxəssislər göndərməyə razılığını bildirib. Cəmiyyətin və müəssisənin əməkdaşları 20 gün ərzində sərv, gavalı, alma, meşə gilası, meşə armudu, qoz, fındıq kimi ağaclardan ibarət ümumilikdə 6 min ağac əkiblər.

“AzerGold” QSC Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı sərəncamla təsis edilib. Cəmiyyətin fəaliyyəti Azərbaycanda qeyri neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2751323.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR