DGK sədri türk iş adamının "Sınıq Körpü"dəki vəziyyətlə bağlı təklifinə münasibət bildirib

DGK sədri türk iş adamının "Sınıq Körpü"dəki vəziyyətlə bağlı təklifinə münasibət bildirib
12:27 8 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 8 may. REPORT.AZ/ "Təklif edirəm ki, hər bir iş adamı yalnız öz ölkəsinin xidmətinin təkmilləşdirilməsi barədə təkliflərini versin. Bu gün Azərbaycanda gömrük qanunvericiliyi kifayət qədər sadələşdirilib, lazım olan avadanlıqlarla kifayət qədər təchiz olunmuşuq". 
"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev türk iş adamlarının "Sınıq Körpü" gömrük-keçid məntəqəsində keçid prosesinin sadələşdirilməsi ilə bağlı təklifinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, həmin iş adamı Türkiyədəki problemlərlə daha çox maraqlanmalıdır: "O adama xatırlatmaq istəyirəm ki, bəzən günlərlə, həftələrlə Sarp qapısında maşınlar dayanır. Bu gün Azərbaycanın narkotranzit ölkə olmaq ehtimalı var. Keçən il bizim apardığımız uğurlu əməliyyatlar bunu sübut edir. Bu il də biz kifayət qədər narkotik vasitə aşkar edərək müsadirə etmişik. Bir neçə gündən sonra Azərbaycanda islam Oyunları və digər böyük tədbirlər keçiriləcək. Yaddan çıxarmamalıyıq ki, gömrük orqanlarının funksiyaları iqtisadi təhlükəsizlikdəm ümumi təhlükəsizliyə qədər artıb. Biz özümüz bilirik ki, gömrük nəzarətini hansı şəkildə həyata keçiririk".
Xatırladaq ki, sözügedən təkliflə ötən həftə Bakıda səfərdə olan Şərqi Qara Qəniz İxracatçılar Birliyinin rəhbəri Ahmet Hamdi Gürdoğan çıxış edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/dgk-sedri-turk-is-adaminin-siniq-korpu-deki-veziyyetle-bagli-teklifine-munasibet-bildirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR