Netanyahu Suverenlik Aktını cıraraq zibil qutusuna atdı – FOTOLAR

Netanyahu Suverenlik Aktını cıraraq zibil qutusuna atdı – FOTOLAR
12:28 8 May 2017
61 Dünya
Ölkə mətbuatı
A- A+

İsrailin Baş naziri Benyamin Netanyahu İslami Müqavimət Hərəkatının (HƏMAS) lideri Xalid Meşalın yaydığı siyasi bəyanatın (Suverenlik Aktının) mətnini cıraraq zibil qutusuna atıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Netanyahunun bu görüntüləri dünya mediasının əsas gündəm xəbərinə çevrilib.

Sözügedən siyasi bəyanat ötən həftə HƏMAS lideri Xalid Meşal tərəfindən açıqlanıb. Sənəddə HƏMAS təşkilatının 1967-ci il sərhədləri daxilində qurulacaq Fələstin dövlətinə dəstək verəcəyi qeyd olunur.

Xalid Meşalın yaydığı bəyanat HƏMAS-ın 1988-ci ildə yayımladığı təsis razılaşmasından sonra yayımlanan ilk siyasi sənəddir. Sözügedən sənəd 11 bölüm və 41 maddədən ibarətdir.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197966.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR