Astara çayı "Made in Azerbaijan" brendi adı altında xaricə ixrac ediləcək

Astara çayı "Made in Azerbaijan" brendi adı altında xaricə ixrac ediləcək
12:32 8 May 2017
Ölkə mətbuatı
A- A+

Astara. 8 may. REPORT.AZ/ Astara çayı "Made in Azerbaijan" brendi adı altında xaricə ixrac edilmək üçün hazırdır.
"Report"un Cənub bürosunun məlumatına görə, bunu "Astaraçay" MMC-nin aqronomu İsrafil İsrafilov deyib. 
İ.İsrafilov bildirib ki, istehsal olunan məhsulun ilkin mərhələdə Avropa və Ərəb ölkələrinə ixracı nəzərdə tutulub: "Artıq 20 ton hazır  "Qara məxməri" sortu Qətər dövlətinə göndəriləcək. Bundan başqa, Almaniya ilkin mərhələdə eyni sortdan 5 ton sifariş edib".
Onun sözlərinə görə, istehsal prosesində daha yüksək keyfiyyət əldə etmək üçün Yaponiya və Hindistandan texnoloqlar və mütəxəssislər dəvət edilib. 
Qeyd edək ki, "Astaraçay" MMC-nin əkin sahəsi Lənkəran və Astara rayonları olmaqla 450 hektar ərazini əhatə edir. Ötən il buradan 103 ton məhsul yığılıb.











Xəbərin orijinal ünvanı: https://report.az/ask/astara-cayi-made-in-azerbaijan-brendi-adi-altinda-xarice-ixrac-edilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR