Rusiyada qarlı qış qayıtdı - VİDEO

Rusiyada qarlı qış qayıtdı - VİDEO
12:32 8 May 2017
131 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycanın şimal qonşusunda qarlı qış geri qayıdıb.

Milli.Az istipress-ə istinadən xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada may ayında qar yağıb. 

Proqnozlara görə, buludlu, küləkli hava şəraiti gün ərzində də davam edəcək. Sinoptiklər qar yağışının bu gün də davam edəcəyini açıqlayıblar. Minlərlə azərbaycanlının yaşadığı şəhərdə maksimal temperatur isə 3 dərəcə olacaq. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən istipress-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında isə bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 13-16, gündüz 25-30, Bakıda gecə 13-15, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında mayın 8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 11-16, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qarlı qış qayıtdı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/542660.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR