Dünya Netanyahunun 97 saniyəlik bu görüntüsündan danışır - VİDEO - FOTO

Dünya Netanyahunun 97 saniyəlik bu görüntüsündan danışır - VİDEO - FOTO
12:32 8 May 2017
77 Dünya
Ölkə mətbuatı
A- A+

Həmas-ın yeni siyasət sənədini sosial şəbəkədə paylaşdığı 97 saniyəlik bir video görüntüsündə zibilə atan İsrail baş naziri təşkilatın dünyanı aldatmağa çalışdığını deyib.

97 saniyəlik video çəkiliş zamanı masasının arxasında oturan Netanyahu sənədi səhifələrində və ya ekranlarında yayan dünyanın ən böyük media orqanları CNN, Al Jazeera, New York Times və The Guardian-nı saxta xəbər yaymaqda ittiham edib.

"Həmas dünyaya yalan danışır, ancaq biz özümüzə yalan danışmayacağıq. Həmas qadın və uşaqları öldürür" , - deyən Netanyahu "Elə isə, bu nifrət sənədi hara aiddir?" sualını verir və sonra sözügedən sənədi zibil qabına atır.

Reuters xəbər agentliyi, sənədi zibilə atan Netanyahunun "Öz dövlətlərindən bizim dövlətimizi məhv etmək üçün istifadə edirlər" cümləsini önə çıxarıb.

Qeyd edək ki, 2007-ci ildən bu yana Fələstində Qəzzanı idarə edən Həmas təşkilatı keçən həftə yeni yol xəritəsini müəyyən edən siyasi sənədini açıqlamışdı. 

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Dünya Netanyahunun 97 saniyəlik bu görüntüsündan danışır

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/542687.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR