Bu qızlar küçədə gəzib, ər axtardılar

Çanaqqalada subay oğlan və qızlar “Aşiqlər küçəsi” adı verilən 1 kilometr yarım yolu yeriyərək yarlarını axtarıb.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, Bayramiç rayonundan 25 km uzaqlıqdakı Muradlar qəsəbəsində “Çifçi Cəmiyyəti” olaraq tanınan və qəsəbəyə bərəkət gətirməsi üçün təşkil olunan ehsan yeməyi bu il 73-cü dəfə keçirilib. Ehsan yeməyinə 5 min insan qatılıb. Mövlüd oxunub, dualar edilib.

Qəsəbə sakinləri “Aşiqlər küçəsi” sayəsində xeyir işə vəsilə olublar. Belə ki, qəsəbənin subay qız və oğlanları bəzənib-düzənib “Aşiqlər küçəsində” ürəklərinin sultanını axtarıblar. Hər il keçirilən bu ənənəyə qəsəbə sakinləri bu il də sadiq qalıb.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR