"Azərbaycan almaları Ermənistan hakimiyyətini qıcıqlandırır"

"Azərbaycan almaları Ermənistan hakimiyyətini qıcıqlandırır"
12:47 8 May 2017
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan almalarının Ermənistanda populyarlığı ölkə hökumətini bu meyvələri müsadirə etməyə məcbur edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın nüfuzlu "The Hill" jurnalındakı məqaləsində Raul Louri Kontreras yazıb.

Müəllif qeyd edib ki, iki ölkənin de-fakto "müharibə vəziyyətində" olmasına baxmayaraq, son həftələrdə bir çox Ermənistan sakini Azərbaycan məhsulu olan yaşıl almalar alıb.

Bütün Ermənistanda, eləcə də Yerevanda satılan məhsulların üzərinə Azərbaycanın ixracat şirkəti - "DAD" şirkətinin loqoları vurulub.

Məqalədə qeyd olunub ki, Ermənistan hökuməti "alma qalmaqalı"ndan o dərəcədə narahat olub ki, bütün şəhərlərə və yaşayış məntəqələrinə bu məhsulların müsadirəsini həyata keçirən agentlərini yollayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/542697.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR