"Quzu təndir"i sobada da bişirə bilərsiniz

Osmanlı mətbəxinin ən dadlı yeməklərindən olan "quzu təndir"i artıq evinizdəki sobada da bişirə bilərsiniz.

Metbuat.az dadına doymayacağınız bir təamın hazırlanma qaydasını təqdim edir:

Lazım olan ərzaqlar:

1 kq quzunun qolu və ya budu

Bir neçə ədəd dəfnə yarpağı

Zeytun yağı

Qara istiot

Kəklikotu

Duz

Hazırlanması:

Əti qaba qoyub içərisinə zeytun yağı, duz, qara istiot, kəklikotu və dəfnə yarpağı əlavə edin. 2 saat soyuducuda saxlayın. Sonra əti siniyə düzüb buxarlı sobada 100 dərəcə temperaturda 2 saat yarım bişirin. Buxarlı sobanız yoxdursa, siniyə su töküb bişirə bilərsiniz.

Bişirdikdən sonra sobadan çıxarıb, servis edin.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR