İcbari Sığorta Bürosu Azərbaycanın 7 bankında depozit yerləşdirib

İcbari Sığorta Bürosu Azərbaycanın 7 bankında depozit yerləşdirib
12:52 8 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 8 may. REPORT.AZ/ İcbari Sığorta Bürosu (İSB) Azərbaycanda fəaliyyət göstərən 7 kommersiya bankına depozit yerləşdirib.
Bu barədə “Report” Büronun maliyyə hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, bunlar “Azərbaycan Beynəlxalq Bankı”, “AGBank”, “PAŞA Bank” və “Azər-Türk Bank” ASC-lər, “Accessbank” və “Yapı Kredi Bank (Azərbaycan)” QSC-lər, eləcə də ləğvetmə prosesində olan “Bank Standard” QSC-dir.
Bundan başqa, Büro “Yaşıl Kart” sisteminə üzvlüklə bağlı Belçikanın “KBC Bank”ına da 5 mln. avro depozit qoyub, eləcə də “K-Group”un veksellərinə 2,2 mln. manat yatırıb.
Hesabata əsasən, 2016-ci ildə İSB-nin manatla depozitləri 13,3% azalaraq 9,8 mln. maata düşüb, dollarla depozitləri 55,6% artaraq 8,632 mln. manata, avro ilə depozitləri isə 0,6% artaraq 5,615 mln. manata çatıb. Depozitlərin illik gəlirliliyi 0,3%-dən 14%-ə qədər dəyişir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/i-cbari-sigorta-burosu-azerbaycanin-7-bankinda-depoziti-yerlesdirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR