Uşaqlara alça və çiyələk verməyin! - Valideynlərə XƏBƏRDARLIQ

Uşaqlara alça və çiyələk verməyin! - Valideynlərə XƏBƏRDARLIQ
12:52 8 May 2017
149 Ölkə
Ölkə mətbuatı
A- A+

Məşhur pediatr Vaqif Qarayev hazırda satışda olan alça və çiyələyin uşaqlara verilməməsi ilə bağlı valideynlərə xəbərdarlıq edib. 

Milli.Az xəbər verir ki, bu barədə qafqazinfo-ya danışan həkim tərkibinə kimyəvi maddələr vurulmuş meyvə və tərəvəzlərin allergik reaksiya verdiyini, mədə-bağırsaq sistemini pozduğunu bildirib:

"Mövsümündə yeyilən zaman həm çiyələk, həm də alça çox faydalı giləmeyvədir. Ancaq həmin faydanı indi satışda olan sözügedən meyvələrə aid edə bilmərik. Bunu hamı bilir ki, mövsümündən qabaq satışa çıxarılan meyvələr təbii yolla yetişdirilmir. Meyvələrin yalnız görünüşü bənzəyir, nə dadı, nə də qoxusu var. Onların tərkibinə istixana şəraitində müxtəlif kimyəvi maddələr vurulur. 

Bu meyvələr vaxtında yetişdiyi zaman uşaqların inkişafı üçün çox faydalıdır. Ürək, böyrək, ağciyər xəstəliklərində son dərəcə əhəmiyyətlidir. Yaz aylarında allergik xəstəliklər kəskinləşir. Valideyn uşağının bu kimi meyvələrə allergiyası olduğunu bilirsə, almamalıdır. Bu gün səhərdən artıq iki uşaq çiyələkdən yaranmış allergiya ilə bağlı yanıma gətirilib. Təcrübəmə əsasən, bunun hələ çox olacağını deyə bilərəm. Bu kimi qidalar birmənalı olaraq mədə-bağırsaq sistemini pozur. Ancaq təbii yetişmiş alça özü mədə-bağırsaq sisteminə xeyirdir. Axı hər bir meyvənin, giləmeyvənin özünün mövsümü var. 

Səhər alça, çiyələyin şəklini paylaşırlar, axşam da mənə yazırlar ki, filan yerinə filan şey oldu, nədəndir? Adicə satıcıdan soruşursan ki, sən bunu övadına verərsən? Deyir, yox".

Pediatr onu da qeyd edib ki, uşaqları həm də hazırda satışda olan pomidor və bu kimi tərkibinə kimyəvi maddələr vurulmuş meyvə və tərəvəzlərdən uzaq tutmaq lazımdır: 

"Söhbət təkcə alça, çiyələkdən getmir, elə götürək bu dəqiqə rəflərdə düzülmüş pomidorları. Baxırsan qıpqırmızıdı, ancaq kəsirsən, içi göy. Elə mədə-bağırsaq problemlərinə səbəb olan amillərdən biri də budur. Erkən yetişən meyvə və giləmeyvələrimiz var. Ancaq may ayında yedikləriniz istixana məhsulundan başqa bir şey deyil". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/542702.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR