“Türkiyənin Avropa İttifaqında yeri olmayacaq, əgər..” - Ankaraya ŞANTAJ

“Türkiyənin Avropa İttifaqında yeri olmayacaq, əgər..” - Ankaraya ŞANTAJ
12:58 8 May 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

"Ölüm cəzası bərpa olunacağı halda, Türkiyənin Avropa İttifaqında yeri olmayacaq".

Publika.az xəbər verir ki, bu haqda Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Almaniyanın “Rheinische Post” qəzetinə açıqlamasında deyib.

Türkiyə-Avropa İttifaqı müzakirələrinin “de-fakto” dondurulmuş vəziyyətdə olduğunu deyən Yunker əlaqələrin kəsilməsinə Avropa Komissiyası deyil, üzv ölkələrin qərar verdiyini bildirib. Yunker özünün isə dialoq kanallarının açıq olmasının tərəfdarı olduğunu vurğulayıb.

“Bu Ərdoğanın (Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - red.) hər söylədiyinə və etdiyinə razı olduğum anlamına gəlməz. Avropa İttifaqına üzvlük prosesinin əsas prinsipləri aydındır və qurumun müqavilələrində əksini tapıb. Türkiyə, Avropa Şurasının üzvü və Avropa İttifaqına namizəd ölkə olaraq, bizim əsas dəyərlərimiz olan insan hüquqları, qanunun aliliyi və azadlıqlara riayət etməlidir. Bu mövzuda şərhə belə ehtiyac yoxdur. May ayının sonunda keçiriləcək NATO sammiti prezident Ərdoğandan bu sualları açıq şəkildə soruşma fürsəti verəcək. Türkiyə gələcəyini necə düşünür? Avropa ilə? Ümid edirəm ki, Avropa ilə olacaq”, - Avropa rəsmisi deyib.

Jan-Klod Yunker ölüm cəzasının bərpası məsələsini Avropa İttifaqı üçün “bütün qırmızı xətlərin ən qırmızısı” adlandırıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197970.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR