Hündürboyluların xərçəngə tutulma ehtimalı yüksəkdir

Boyun insanın yaşama müddətinə təsiri müəyyənləşib.

Metbuat.az xəbər verir ki, Britaniya tədqiqatçıları hündürboylu insanların xərçəngə tutulma ehtimalının böyük olduğunu ortaya çıxarıb. Tədqiqatın nəticəsinə əsasən, müəyyən olunub ki, hündür boy ürək-damar sistemi xəstəliklərinə, eləcə də şəkərli diabetə yol aça bilər.

Qədim zamanlarda hündürboy əcdadlarımıza yaxınlaşan təhlükəni hiss etməkdə, həmçinin ov zamanı kömək edib. Lakin hazırda insanların boyu ildən-ilə qısalır. Tədqiqatçılar bunu orqanizm üçün lazımi kalorinin çatışmaması və fiziki aktivliyin lazımi səviyyədə olmaması ilə əlaqələndirir. Düzgün qidalanmama insan ömrünü qısaldan ən vacib amil sayılır.

Qısaboyluların uzun ömür yaşamasına əsas səbəb isə onların "FOXOZ" adlı genidir. Bu gen qan hüceyrələri və qandakı şəkərin miqdarını tənzimləyərək, insan ömrünün artmasına xidmət edir.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR