"Neftçi"nin istədiyi "Qəbələ"li təsdiqlədi: "Bəli, təklif almışam..."

"Neftçi"nin istədiyi "Qəbələ"li təsdiqlədi:  "Bəli, təklif almışam..."
13:07 8 May 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

“Etiraf edim ki, Azərbaycan klublarından təklif almışam. Amma adını açıqlamağım düzgün alınmaz”. Bu sözləri Fanat.Az-a açıqlamasında hazırda vətənində olan Nika Kvekveskiri deyib.


“Qəbələ”ylə olan müqaviləsinin müddəti başa çatan Nika  “qırmızı-qaralar”la yeni müqavilə imzalamayacağı halda, digər təklifləri dəyərləndirəcəyini söyləyib:  “Qəbələ”də oynamaq ürəyimcədi. Öncə formasını geyindiyim klubla danışacam. Digər təklifləri hələ müzakirə etmək istəmirəm”.


Qeyd edək ki, Kvekveskiri “Neftçi”nin transfer siyahısındadı. Gürcü yarımmüdafiəçinin oyun üslubu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun da xoşuna gəlir.


 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquotnin-istdiyi-quotqblquotli-tsdiqldi-t57941.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR