Putin Makronu birlik olmağa çağırdı

Putin Makronu birlik olmağa çağırdı
13:13 8 May 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin ötən gün Fransada keçirilən prezident seçkilərinin qalibi Emmanuel Makronu iki ölkə arasında beynəlxalq sabitliyin təminatı üçün səyləri birləşdirməyə çağırıb.

Publika.az xəbər verir ki, Fransanın yeni liderini teleqram vasitəsilə təbrik edən Vladimir Putin təbrik əsnasında Emmanuel Makronu yaxın zamanda iki ölkə arasındakı münasibətləri gözdən keçirməyə çağırıb.

Vladimir Putin teleqramda "Fransa vətəndaşlarının etimadını doğruldacağınıza ümid edirik" deyib:

"Siz bütün dünya üçün çətin bir dövrdə Fransaya liderlik etmək üçün xalq tərəfindən seçildiniz. Terrorizmlə mübarizələrdə ölkədaxili və xarici regionlarda təhlükəsizliyin tam təmin olunması istiqamətində güclərimizi birləşdirməyi təklif edirəm".

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197972.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR