“Kəpəz” daha 3 futbolçusu ilə yeni müqavilə bağlayıb

“Kəpəz” daha 3 futbolçusu ilə yeni müqavilə bağlayıb
13:17 8 May 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 8 may. REPORT.AZ/ Transfer çalışmalarını davam etdirən “Kəpəz” daha 3 futbolçusu ilə yeni müqavilə bağlayıb. “Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yarımmüdafiəçilər Vüqar Bəybalayev, Ceyhun Cavadov və hücumçu Tural Rzayev növbəti mövsümdə də Gəncə təmsilçisinin şərəfini qoruyacaq.
Sözügedən futbolçularla bir illik müqavilə bağlanılıb.
Qeyd edək ki, “Kəpəz” daha əvvəl qapıçı Davud Kərimi, müdafiəçilər Şəhriyar Rəhimov, Şəhriyar Əliyev, Novruz Məmmədov, Azad Kərimov, yarımmüdafiəçilər Kərim Diniyev və Orxan Əliyevin müqaviləsinin müddətini bir il uzadıb. Tural Qürbətov, Tural Nərimanov, Nicat Qurbanov və Eyyub Əliyev isə mövsüm başa çatdıqdan sonra Gəncə klubundan ayrılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/kepez-daha-3-futbolcusu-ile-yeni-muqavile-baglayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR