AKP-dən olan keçmiş deputat FETÖ ilə əlaqədə şübhəli bilinərək tutulub

AKP-dən olan keçmiş deputat FETÖ ilə əlaqədə şübhəli bilinərək tutulub
13:22 8 May 2017
55 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 8 may. REPORT.AZ/ Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan keçmiş millət vəkili Ahmet Tefik Uzun Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinərək saxlanılıb.
“Report” "CNNTürk"ə istinadən xəbər verir ki, 1968-ci ildə anadan olan Ahmet Uzun İstanbul Unversitetinin əczaçılıq fakültəsini bitirib. O, Mersindən 24-cü çağırışda AKP-dən parlamentə üzv seçilib.
Türkiyənin üç əyalətində FETÖ-yə qarşı keçirilən əməliyyat çərçivəsində Kastamonu-Azdavay bölgələrinin icra başçısı, Ordu-Ünyenin keçmiş icra başçısı M.D, Trabzon-Ortahisarın keçmiş başçısı M.Ş. və Çorum-Laçinın keçmiş başçısı M.E. də tutulub. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/akp-den-olan-kecmis-deputat-feto-ile-elaqede-subheli-bilinerek-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR