"Porsche" ilə qəzaya düşüb ölən polis zabitinin FOTOSU

"Porsche" ilə qəzaya düşüb ölən polis zabitinin FOTOSU
13:24 8 May 2017
316 Digər
Ölkə mətbuatı
A- A+

 

Mayın 6-da gecə saatlarında Tovuzda baş vermiş dəhşətli qəzada ölən polis zabitinin fotoları yayılıb. Lent.az xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşı olan Qəhrəmanov Zakir Şakir oğlunun idarə etdiyi “Porsche” Tovuzun mərkəzindəki Heydər Əliyev prospektində divara çırpılması nəticəsində o, hadisə yerindəcə vəfat edib. Məlum olub ki, əslən Tovuzdan olan Z.Qəhrəmanov rayona toy məclisinə gedibmiş.

 

Qeyd edək ki, hadisə vaxtı avtomobildə olan Tovuz Rayon Polis Şöbəsinin Qovlar polis bölməsinin əməkdaşı, Alakol kənd sakini, 1985-ci il təvəllüdlü Nurxan Əmirxan oğlu Hüseynov və  Alakol kənd sakini, 1990-cu il təvəllüdlü Fətullayev Azad Ramiz oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

 

Qəzada dünyasını dəyişən Zakir Qəhrəmanov “Nərgiz” klinikasının baş həkimi Məlahət Qəhrəmanovanın oğludur.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274117

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR