"Şeytan üçbucağı"nın sirləri açıldı

Bermud üçbucağında baş verən qəzaların sirri ortaya çıxıb.

Metbuat.az xəbər verir ki, hadisə yerində çəkilən fotolarda “aviabomba" ların izləri açıq şəkildə üzə çıxıb. Bu yolla uzun illərdən bəri “Şeytan üçbucağı” nda baş verən təyyarə, gəmi qəzalarının səbəbini müəyyənləşdirmək mümkün olub.

Tədqiqatlar nəticəsində müəyyən olunub ki, Bermud üçbucağı üzərində altıbucaqlı buludlar var. Oradakı hava şəraiti isə hələ də sirr olaraq qalır. Alimlər buludların fəaliyyətini bomba zərbəsi ilə müqayisə edir.

Anomal buludlar sayəsində güclü külək fırtına yaradaraq, okeanın üst hissəsində burulğana səbəb olur. Alimlər aviabombaların sərhəd tanımadığını və Atlantik okeanının istənilən hissəsində baş verə biləcəyini deyib. Lakin müəyyən olunub ki, burulğanın əsas hissəsi Bermud üçbucağına düşür.

Əvvəllər hesab edilirdi ki, gəmilərin itməsi oradakı metan hissəcikləri ilə bağlıdır. Lakin həmin hissəciklər əksinə olaraq, gəmini suyun üzərinə çəkərək, batmağa imkan vermir.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR