Bəyanatdan 5 gün sonra: AZAL dağılası olmadı

Bəyanatdan 5 gün sonra: AZAL dağılası olmadı
13:52 8 May 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasında 2016-17 mövsümünü sonuncu pillədə başa vuran AZAL-ın planlarında dəyişiklik olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "təyyarəçilər" gələn mövsüm I divizionda iştirak etməyi qərara alıb.

Halbuki, paytaxt təmsilçisi mayın 3-də fəaliyyətini dayandırdığını rəsmən bəyan etmişdi. Klub rəhbərliyi cəmi 5 gün sonra fikrini dəyişib və gələn mövsüm I divizionda oynamaq qərarına gəlib.
 
Qeyd edək ki, AZAL sonuncu dəfə 2004-05 mövsümündə I divizionda iştirak edib və Premyer Liqaya vəsiqə qazanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/542737.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR