Le Pen məğlubiyyətini belə "qeyd etdi": Rəqs və təbəssüm - VİDEO

Le Pen məğlubiyyətini belə "qeyd etdi": Rəqs və təbəssüm - VİDEO
13:53 8 May 2017
77 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada prezident seçkilərinin ikinci turundə məğlub olan Le Pen seçkilərin birbaşa canlı yayımlandığı TF1 telekanalında rəqs edib.

Publika.az xəbər verir ki, Le Pen məğlubiyyətini tərəfdaşları ilə birlikdə rəqs edərək qeyd edib. Kameralara ürəkdən gülümsəyərək rəqs edən Le Penin bu davranışının səbəbini atası izah edib.

"Milli Cəbhə" Partiyasının keçmiş rəhbəri və prezidentliyə namizəd Le Penin atası Jean-Marie Le Pen Daily Mail-a açıqlamasında qızının Fransanı idarə edə biləcəyinə inandığını deyib:

"Marin Le Pen Fransa üçün bir şans idi. Onun iradəli və əzmkar xarakteri sayəsində Fransa tarixi boyu görmədiyi proseslərə şahid ola bilərdi. Namizədlər arasında qızım rəhbər vəzifəyə ən laiqlilərdən idi".

Xatırladaq ki, Le Penin öz atasını "Milli Cəbhə" Partiyasından çıxartmasından sonra münasibətləri gərginləşmişdi. Bütün bunlara rəğmən ata öz qızının seçimlərdə qalib gəlməsini istəyirdi. Le Pen isə çıxışlarında atası ilə əlaqələrini kəsdiyini, onun dediyi və etdiyi heç bir əməllərə görə məsuliyyət daşımadığını qeyd edirdi.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197977.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR