Azərbaycanın tanınmış futbolçusu karyerasını bitirib, oxumağa getdi

Azərbaycanın tanınmış futbolçusu karyerasını bitirib, oxumağa getdi
13:57 8 May 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi" klubunun daha bir futbolçusunun taleyinə aydınlıq gəlib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Mahir Şükürov gələn mövsümdən "ağ-qaralar"ın formasını geyinməyəcək.

Belə ki, millinin sabiq üzvü karyerasını bitirmək qərarına gəlib. Bunu əməkdaşımızla söhbətində "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev də təsdiqləyib.
 
O bildirib ki, Şükürov bundan sonra məşqçi kimi fəaliyyət göstərəcək: "Mahir karyerasını bitirdi. O, bundan sonra aşağı yaş qrupu komandalarımızdan birini çalışdıracaq. Təbii ki, məşqçilik kateqoriyası üçün oxumağa da göndəriləcək".
 
Qeyd edək ki, Mahir Şükürov milli komandanın heyətində 76 oyun keçirib, 4 qola imza atıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/542738.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR