Valideynlərə xəbərdarlıq!

Telefon günümüzün ayrılmaz hissəsinə çevrilib. Yatarkən belə, onu yanımızdan ayırmırıq.

Mobil telefonlardan həddindən artıq istifadə etməyimiz ətrafımıza da təsirsiz ötüşmür. Bəzən hətta ağlayan körpəni sakitləşdirəndə belə, ona telefon verib, başını qatırıq.

Metbuat.az xəbər verir ki, London Universitetində elm xadimləri mobil telefonların körpələrə ziyanları ilə bağlı araşdırma aparıblar. Araşdırmanın nəticələrinə əsasən, sensor ekranlı telefon və tablet kimi cihazların 6 və 36 aylıq körpələrin yuxu nizamını pozduğu məlum olub.

Belə ki, körpənin telefonla keçirdiyi hər 15 dəqiqə onun gün ərzində 1 saat az yatmasına gətirib çıxarır. Bu da öz növbəsində uşağın yuxu sisteminin pozulmasını sürətləndirən və inkişafına mane olan amillərdəndir.

Sərdar Məmmədov / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR